Azerconnect Group

Xəbərlər

“Azerconnect Group” kritik infrastrukturun qorunmasına həsr olunan tədbirdə iştirak edib
“Azerconnect Group” kritik infrastrukturun qorunmasına həsr olunan tədbirdə iştirak edib

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” “Kritik infrastruktur risk altındadır: təhlükəsizlik strategiyalarının yenilənməsinə çağırış” mövzusunda panel müzakirəsində iştirak edib. Tədbirdə "Azerconnect Group" şirkətinin İnformasiya təhlükəsizliyi üzrə baş müdiri Orxan Sadıqov çıxış edib.


O, müzakirələr zamanı mövcud təhlükəsizlik strategiyalarının daim yenilənən kibertəhdidlər qarşısında bəzən yetərli olmadığını qeyd edib. Vurğulanıb ki, kritik infrastruktur milli təhlükəsizliyin ayrılmaz hissədir və bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, gənc mütəxəssislərinin hazırlanması olduqca önəmlidir. Eyni zamanda, kritik infrastrukturun qorunmasında yalnız müdafiə tədbirlərinin deyil, həm də proaktiv yanaşmanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığı bildirilib.

 

Qeyd edək ki, panel sessiyası regionun ən böyük kibertəhlükəsizlik tədbiri CIDC-2025 (Critical Infrastructure Defense Challenge 2025) çərçivəsində baş tutub.

 

Xatırladaq ki, kibertəhlükəsizlik sahəsində ən son texnoloji həllərin tətbiqi, bu sahədə yerli mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group”un dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir. 

 

"Azerconnect Group" haqqında

 

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

 

"Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbiri CIDC-2025-ə (Critical Infrastructure Defense Challenge 2025) dəstək olub. Tədbir çərçivəsində kibermühitdə süni intellekt, yeni texnologiyaların tətbiqi, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri müzakirə olunub, müasir çağırışlara cavab verən kibermüdafiə həlləri nümayiş etdirilib.


Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumları və özəl sektordan rəhbər şəxslər, kibertəhlükəsizlik sahəsində yerli və xarici ekspertlər qatılıblar.


Tədbirin açılış mərasimində çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə kritik infrastrukturun qorunmasının strateji əhəmiyyətini vurğulayıb: “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın ən böyük İKT şirkətlərindən biri olaraq “Azerconnect Group” kibertəhlükəsizlik sahəsində innovativ həllərlə rəqəmsal ekosisteminin dayanıqlılığının qorunmasına, Azərbaycanın rəqəmsal gələcəyinin güclənməsinə töhfə verir. Dünyanın aparıcı telekommunikasiya nəhəngi “Vodafone Group”la sıx şəkildə əməkdaşlıq edərək bu sahədə ən son beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemləri tətbiq edir”.


Baş direktor çıxışı zamanı, həmçinin kibertəhlükəsizlik sahəsində dövlət-özəl tərəfdaşlığının rolunu, gənc mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsinin önəmini xüsusi  vurğulayıb. Konfrans informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələri ilə davam edib.


CIDC-2025-də, həmçinin “Ağıllı şəhərlərdə kibermüharibə” yarışı keçirilir. “Azerconnect Group” təmsil edən “CyberConnect” komandası yarışın seçim mərhələsini uğurla tamamlayaraq final mərhələsinə yüksəlib.


Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində ən son texnoloji həllərin tətbiqi, bu sahədə yerli mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group” dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir. Xatırladaq ki, “Azerconnect Group” daha əvvəl ölkəmizdə ilk dəfə keçirilən CIDC-2023 tədbirini dəstəkləyib. 

“Azerconnect Group” II Milli Rəqabət Forumunda iştirak edib
“Azerconnect Group” II Milli Rəqabət Forumunda iştirak edib

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group”  II Milli Rəqabət Forumunda iştirak edib. Millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai faydasına dair müzakirələr baş tutub. 


“Azerconnect Group”un baş direktorunun müşaviri Nicat İsmayılov təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar mövzusunda panel müzakirəsinə qatılıb. O, çıxışı zamanı telekommunikasiya sektorunun ölkənin iqtisadi inkişafı və rəqəmsal transformasiyasında strateji əhəmiyyətini, həmçinin bu sahədə dövlət və özəl sektorun əməkdaşlığının xüsusi rolunu vurğulayıb. 


Qeyd edək ki, II Milli Rəqabət Forumu Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib. 


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.


“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group” Bakı İqlim Fəaliyyəti Həftəsi ilə bağlı tədbirdə iştirak edib
“Azerconnect Group” Bakı İqlim Fəaliyyəti Həftəsi ilə bağlı tədbirdə iştirak edib

“Azerconnect Group” Bakı İqlim Fəaliyyəti Həftəsi ilə bağlı tədbirdə iştirak edib. “İqlim Klubu” formatında keçirilən görüşdə dövlət və özəl sektorun nümayəndələri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində görüləcək işlər barədə müzakirələr aparıblar.


“Azerconnect Group”un baş direktorunun müavini Dövlət Dövlətov təbirdə çıxış edərək şirkətin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyi, bu istiqamətdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Görüş zamanı “Azerconnect Group”un Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olması, öz fəaliyyət və dayanıqlı inkişaf strategiyasına bu sazişin prinsiplərini tətbiq etməsi xüsusi vurğulanıb. 


Xatırladaq ki, “Azerconnect Group” ötən il də COP29 konfransı ərəfəsində ilk dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsində fəal iştirak edib. Şirkətin nümayəndələri BİFH çərçivəsində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” və “Süni intellekt və innovasiyalar” mövzularında keçirilən tədbirlərdə müzakirələrə qatılıblar. 


 “Azerconnect Group” haqqında


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.


“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media forum keçirilib
“Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media forum keçirilib

“Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” adlı media forum keçirilib. 


Forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi, təcrübəli media nümayəndələri ilə görüş və fikir mübadiləsinin təşkili, həmçinin rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi ilə bağlı praktiki biliklərinin artırılması olub. Tədbirdə dövlət və özəl sektor nümayəndələri, ölkənin aparıcı media qurumları, ali təhsil müəssisələrinin təmsilçiləri, eyni zamanda jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan gənclər iştirak ediblər. 


Forumda açılış nitqi ilə çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov tariximizin ən önəmli anlarında medianın ölkənin milli maraqlarının qorunmasına öz töhfəsini verdiyini vurğulayıb.  Müasir dövrdə media anlayışının rəqəmsal texnologiyalar və yeni kommunikasiya vasitələri ilə yenidən formalaşdığına diqqət çəkən baş direktor bu transformasiyada gənc nəslin həlledici rol oynadığını qeyd edib. 


Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur. O, istedadlı gənclərimizin öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklərinə və bu prosesdə qazanan tərəfin Azərbaycan mediası, bütövlükdə isə ictimai fikir olacağına inamını ifadə edib.


Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında “Əkinçi” qəzetindən başlanan Azərbaycan milli mətbuat tarixinin zəngin inkişaf yoluna nəzər salıb. O qeyd edib ki, bu tarixi irs indi də medianın əsas missiyasını müəyyənləşdirir və yeni nəsil jurnalistlərin formalaşmasında mühüm rol oynayır.


Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə baş tutan “Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” mövzusunda panel sessiyada “BAKU TV”nin rəhbəri Ramin Cəfərov, “APA TV”nin rəhbəri Orxan Məmmədli,   “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, “Qafqazinfo.az” veb-saytının baş redaktoru Günel Əbilova, “Oxu.az” veb-saytının baş redaktoru Ülvi Səfərov tərəfindən media sahəsində innovativ yanaşmalar, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya prosesləri, eləcə də gələcəyin jurnalistləri üçün zəruri kompetensiyalar barədə geniş müzakirələr aparılıb və jurnalistika peşəsinin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı, gənclərin bu sahəyə marağının təşviq edilməsinin vacibliyi vurğulanıb.


Tədbir çərçivəsində təşkil edilən “Media peşəkarlığı və yeni nəsil jurnalistika” mövzusunda təkbətək formatlı görüşdə “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı çıxış edərək, sürətlə dəyişən informasiya ekosistemində etik prinsiplərin möhkəmləndirilməsi, texnoloji yeniliklərin inteqrasiyası və ictimaiyyətlə effektiv dialoqun qurulmasının vacibliyini, jurnalistikanın cəmiyyətin inkişafındakı strateji rolunu xüsusi qeyd edib.


Eyni zamanda, “Global Media Group”un İnsan resursları departamentinin rəhbəri Səadət İsmayılova “Müasir dövr mediasında gənclər üçün məşğulluq imkanları”, “SAT Group”un SMM və süni intellekt üzrə təlimçisi Abdulla Abdullayev isə “Süni intellektin jurnalistikada rolu” mövzusunda təlim keçib. Tələbələr bu təlimlərdə jurnalistikanın inkişafında innovativ alətlərin rolu, yeni nəsil media mühitində peşəkarlıq tələbləri və gələcək karyera imkanları barədə dəyərli biliklər qazanıblar.


İştirakçılar tanınmış media nümayəndələri ilə bir araya gələrək, real təcrübələr və praktiki nümunələr əsasında sahənin gələcək inkişaf perspektivlərini müzakirə etmək imkanı əldə ediblər.


Qeyd edək ki, foruma ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universiteti jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin digər ali məktəblərdən bu sahəyə maraq göstərən 100-ə yaxın gənc qatılıb.


Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group” “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı oldu
“Azerconnect Group” “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı oldu

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Azərbaycanda rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı oldu. Layihə vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması,  həmçinin peşəkar kadrların inkişafının dəstəklənməsi üçün icra olunur.


İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin təşkilatçılığı ilə keçirilən “Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib. Dövlət, özəl sektor və akademik dairələrdən 100-dən çox nümayəndənin qatıldığı tədbirdə “Azerconnect Group”un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev çıxış edib, yeni texnologiyalar, xüsusilə süni intellekt əsaslı həllər sahəsində reallaşdırılan innovativ layihələr barədə geniş məlumat verib: “Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə ölkələrin rəqabət qabiliyyəti yalnız texniki imkanlarla deyil, eyni zamanda insan resurslarının potensialı ilə müəyyən olunur. Qabaqcıl texnologiyaların effektiv istifadəsi və davamlı inkişafı üçün yüksəkixtisaslı, çevik düşüncəli və innovasiyalara açıq insanların olması olduqca önəmlidir. Bu baxımdan həyata keçirdiyimiz layihələr ölkədə texnoloji tərəqqinin sürətlənməsinə töhfə verməklə yanaşı, insan kapitalının inkişafı və yeni bacarıqların formalaşması baxımından da strateji əhəmiyyət kəsb edir”. 


Qeyd edək ki, İKT və yüksək texnologiyalar sahəsində yerli mütəxəssislərin hazırlanması, ölkənin rəqəmsal iqtisadiyyat ekosisteminin gücləndirilməsi “Azerconnect Group”un dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət müvafiq sahələrdə layihə və təşəbbüsləri dəstəkləməklə ölkədə peşəkar kadrların formalaşması, insan kapitalının gücləndirilməsinə töhfə verir. “Azerconnect Group” güclü İKT infrastrukturu və təqdim etdiyi innovativ həllərlə Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı, ölkənin regionunun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayır.


Xatırladaq ki, “4Sİ Akademiyası - Milli Proqram”ı çərçivəsində on minlərlə istifadəçi ödənişsiz süni intellekt, maşın öyrənməsi, big data, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya daxil olmaqla, ümumilikdə 8000-ə qədər kurs və proqramlara qoşula biləcək. İstifadəçilər bir il ərzində Oksford, Stenford, Yel, Dyuk, London, Mançestr, həmçinin “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin təlimlərindən yararlana biləcəklər. Proqram çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. Təlimləri uğurla tamamlayanlar beynəlxalq sertifikatlar əldə edirlər. Proqrama qoşulmaq istəyən vətəndaşlar
müvafiq linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.


“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

azerconnect logo