Azerconnect Group-da Karyera
Azərbaycanın ən yaxşı işəgötürən şirkəti kimi, insan resurslarının idarə edilməsində əsas prinsiplərimiz işçilərin motivasiyasına, imkanların bərabərliyinə və kadr inkişafına diqqət yetirməkdir.
İşçilərimizin bizim ən dəyərli resursumuz olduğunu bilərək, onlar üçün mükəmməl iş şəraitinin yaradılmasına daim çalışırıq. FLEXcellence proqramı çərçivəsində, əməkdaşlarımız hibrid iş rejimində istər evdən, istər də ofisdən işləyə bilir. Bu işçi üçün “iş-həyat” balansının qorunmasında müsbət rol oynayır.
Eyni zamanda, şirkətimiz tərəfindən işçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi yolunda müxtəlif tədris layihələri həyata keçirilir.
Rəqabətli, yeniliklərə daim açıq və həvəsləndirici korporativ mühitdə çalışmaq imkanı
Telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq imkanı
Yerli və xarici peşəkarlarla multikultural bir mühitdə birgə çalışmaq imkanı
Karyerada irəliləmə və inkişaf etmək imkanı
Tanınma və qiymətləndirmə proqramı