Azerconnect Group

Xəbərlər

Frankfurtda internet trafikində 10 Terabit/s-ə qədər rekord artım qeydə alınıb
Frankfurtda internet trafikində 10 Terabit/s-ə qədər rekord artım qeydə alınıb

Almaniyanın internet mübadilə operatoru “De-Cix” şirkəti bildirib ki, Frankfurtda yerləşən müəssisəsində internet trafikində pik göstərici - 10 Terabit/s trafik qeydə alınıb.

 

“Telecompaper” resursunun yazdığına əsasən, şirkət internet trafikində bu cür artımın səbəbini müəyyən edə bilməyib. Bildirilib ki, trafikdə artım Çempionlar Liqası, ABŞ-da baş tutmuş seçkilər, Almaniyada ikinci dəfə tətbiq olunan sosial izolyasiya tədbirləri və proqram təminatlarının yenilənməsinin birgə effekti ola bilər.

 

“De-Cix” ilkin olaraq internet trafikində cari ilin fevral ayında qeydə alınmış 8.3 Terabit\s göstəricinin ilinin sonunadək pik göstərici olaraq 9 Terabit\s təşkil edəcəyini proqnozlaşdırmışdı.

 

Qeyd edək ki, internet trafikində artım təkcə şirkətin Frankfurtda yerləşən müəssisəsində-mərkəzində deyil, həmçinin Nyu York və Madrid şəhərlərində yerləşən digər “De-Cix” İnternet mübadilə mərkəzlərində də qeydə alınıb.

Dünya üzrə internet bağlantısının orta sürətində dəyişikliklər
Dünya üzrə internet bağlantısının orta sürətində dəyişikliklər

Sosial izolyasiya və karantin tədbirləri zamanı dünya üzrə internet bağlantısının orta sürətinin 6.31 faiz azalması haqqında “Betanews” portalı məlumat paylaşıb.

 

Qeyd edilir ki, bəzi regionlarda, xüsusilə Mərkəzi Amerika (26%), Şimali Afrika (18%), Yaxın Şərq istisna olmaqla Asiya (16%), Cənubi Amerika (16%) və Afrikanın bir çox bölgələrində (14%) daha əhəmiyyətli azalma müşahidə olunmuşdur. Karantin müddətində orta internet sürətinin ən çox azaldığı ölkələr isə Çin (51%), Panama (49%), Madaqaskar (38%), Çili (37%) və Peru (37%) olmuşdur.

 

Qərbi Avropa isə digər bölgələrlə müqayisədə internet bağlantısı sürətində ciddi azalma müşahidə etməyib. Belə ki, əvvəlki dövrlərlə qarşılaşdırıldıqda, bu regionun orta internet sürətində 4% kiçilmə qeydə alınmışdır. Regionun müxtəlif ölkələri arasında isə böyük fərqlər aşkarlanmışdır. Məsələn, İngiltərədə karantin dövründə 1.7 faiz azalma müşahidə olundu. Lakin Finlandiya (25%), Hollandiya (13%), Avstriya (10%), İtaliya (10%) və Norveç (7%) orta internet sürətində əhəmiyyətli dərəcədə azalma yaşadıqlarını bildiriblər.

azerconnect logo