“Best Managed Companies Azerbaijan 2024” mükafatı

Azərbaycanın ən böyük İKT şirkəti olan Azerconnect Group beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi elan edildi.

Azerconnect Group Azərbaycanın ən yaxşı işəgötürəni seçildi

Azerconnect Group növbəti dəfə nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət seçilib.


Şirkət 2024-cü ildə yenidən bu sertifikata layiq görülməklə fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, eləcə də öz əməkdaşları üçün layiqli iş şəraiti təmin etməyə sadiqliyini nümayiş etdirib.

Müxtəlif kateqoriyalar üzrə Stevie® mükafatı

Azerconnect Group bir neçə kateqoriya üzrə nüfuzlu Stevie® mükafatına layiq görülüb. Şirkət icra etdiyi "Inspire.Lead.Create:Women Leadership" proqramı ilə Müxtəliflik və inklüzivlikdə nailiyyətə görə Gümüş, “FLEXcellence:Hybrid Working” proqramı ilə İşçi heyəti üçün məsafədən iş rejiminin idarə edilməsində nailiyyətə görə Gümüş, eləcə də “Hybrid Leadership” proqramı ilə Qarışıq öyrənmənin ən yaxşı istifadəsi üzrə Bürünc mükafatlarını əldə edib.

Brandon Hall Group Mükəmməllik Mükafatı

Azərbaycanda İKT və yüksək texnologiyalar sahələrində lider şirkətlərdən biri olan Azerconnect Group üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb. Azerconnect Group “Gələcək Fəaliyyət” üzrə Qızıl, “Müxtəliflik, Bərabərlik və İnklüzivlik” üzrə Gümüş, “İnsan Resursları” kateqoriyasında isə Bürünc mükafatlarını əldə edib.

Azərbaycanın ən yaxşı işəgötürəni

Azerconnect Group dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023-cü il üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb.

 

“Top Employer İnstitute” tərəfindən 2023-cü il üzrə Azərbaycanda bu nüfuzlu mükafata sahib olmaq şirkətin iş dünyasına daha yaxşı bağlılığını, eləcə də  şirkətdə insan resurları siyasəti və təcrübəsinin mükəmməl tətbiqini göstərir.

"HR Awards 2022" mükafatı

İnformasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən Azerconnect Group ölkəmizdə ilk dəfə böyük işçi heyəti üçün məsafədən (distant) iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ “FLEXcellence” proqramının tətbiqinə başlayıb. Proqramın adı İngilis dilindəki “Flexible Excellence” söz birləşməsindən götürülüb və “Çevik mükəmməllik” mənasını ifadə edir. Şirkət bu proqramın yaratdığı imkanları öz əməkdaşları, eləcə də xidmət göstərdiyi təşkilatların əməkdaşları üçün təklif etməkdədir.

azerconnect logo