Etika, dürüstlük və komplayens

“Azerconnect Group” olaraq biz dürüstlük, şəffaflıq və hesabatlılıq mədəniyyətini təşviq edirik. “Speak-Up” (Fikrini bölüş) kanalı əməkdaşlara, tərəfdaşlara və digər maraqlı tərəflərə qeyri-etik davranış, şirkət siyasətlərinin pozulması və ya şübhəli davranışlarla bağlı narahatlıqları bildirməyə imkan verən məxfi və təhlükəsiz platformadır. Müraciət edən şəxslərin hüquqlarının qorunmasına tam zəmanət verilir. Şirkətimizin daxili siyasət və prosedurlarına uyğun olaraq bütün müraciətlər diqqətlə araşdırılacaq və zəruri tədbirlər görüləcək.

 

Sizin fikriniz önəmlidir. Fikrinizi bildirməklə bizə hər kəs üçün təhlükəsiz, hörmətə əsaslanan və beynəlxalq standartlara uyğun iş mühitini qorumağa kömək edirsiniz.

 

E-poçt: [email protected]

Telefon: +994 55 595 95 55

Ünvan: Baku Bay Tower, 8 Noyabr Prospekti 113, AZ1026

azerconnect logo