Ətraf mühit, sosial, idarəetmə

Dayanıqlı inkişafın təmin olunması məqsədilə beynəlxalq standartlar və razılaşmalara cavab verərək texnoloji innovasiyaların sərhədlərini genişləndirməyi hədəfləmişik. Belə ki, eko-sertifikasiyaya malik 3800 baza stansiyası Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ətraf mühitə təsirinə görə vaxtaşırı monitorinq edilir. 

 

Ətraf mühit strategiyamızın əsas aspekti kimi effektiv enerji idarəçiliyinə sadiq qalaraq, BS ISO 14001 və ISO 45001 standartlarına uyğun auditləri uğurla başa vurmuşuq. Azərbaycanda iki mobil operatora xidmət göstərərək, eləcə də onların baza stansiyalarının və digər avadanlıqların istifadəsini optimallaşdıraraq enerji istehlakına təxminən 60% qənaət edə bilmişik. Bu da illik 53 min meqavata bərabərdir.

 

İKT sektorunun ətraf mühitdə yaratdığı izin və elektron tullantıların problemini anlayaraq, ekosistemin qorunması üçün resurs səmərəliliyi, tullantıların idarə edilməsi və suyun qorunması kimi təşəbbüsləri davam etdiririk. Eyni zamanda, günəş enerjisi ilə işləyən baza stansiyasının pilot layihəsi öz səmərəliliyini sübut etdi və şəbəkə infrastrukturumuzda bərpa olunan enerji mənbələrinə keçid üçün yol açdı. Elektron tullantıları minimuma endirmək və elektron cihazların ömrünü uzatmaq üçün EasyCep ilə əməkdaşlıq edirik.

azerconnect logo