Korporotiv idarəetmə

Azerconnect Group olaraq bizim korporativ idarəetmə strukturumuz şəffaflıq, hesabatlılıq və dürüstlük üzərində qurulub. Səmərəliliyi və biznesin etik fəaliyyətini təmin edən aydın idarəetmə strukturu bizim üçün çox vacibdir. Biz inanırıq ki, bu prinsiplər maraqlı tərəflər arasında inam yaradaraq davamlı inkişafa təkan verir. 

Biznes etikası

Etika Məcəlləmizin əsasını təşkil edən Davranış Qaydaları əsas dəyərlərimizi və iş yerində bu dəyərlərin tətbiq qaydasını özündə cəmləşdirir. Bu standarta bütün tərəflər, o cümlədən təchizatçılar, tərəfdaşlar və işçilər əməl etməlidir. 

 

Təchizatçılar üçün Davranış Qaydaları onların riayət etdikləri iş prosedurlarının qiymətləndirməsini aparmaqla, satınalma prosesində şəffaflıq və dürüstlüyün qorunmasına kömək edir.

 

İnsan Hüquqlarına dair siyasətimiz insan hüququ pozuntularının qarşısını almaq, eləcə də bütün iş proseslərimizin ən yüksək etika və hüquqi standartlara uyğunluğundan əmin olmaq  məqsədilə tətbiq olunur. Biz işçilərimizə qarşı hər zaman ədalətli və hörmətli davranışı təmin etmək öhdəliyi daşıyırıq. 

 

Rüşvətxorluğa qarşı mübarizə siyasətimiz bu hallarının qarşısının alınması ilə bağlı müvafiq davranış çərçivəsini müəyyən edir. Siyasət şəffaf biznes təcrübəsinin təşviqi üçün istifadə olunan korrupsiya ilə əsas mübarizə tədbirlərimizi əks etdirir.

 

Üçüncü tərəfin İnformasiya Təhlükəsizliyi siyasəti şirkətlə müqavilə bağlamış üçüncü tərəflərə, o cümlədən təchizatçılara və birgə müəssisələrə şamil olunan informasiya təhlükəsizliyi tələblərini əks etdirir. Bu siyasətin əsas məqsədi müştərilərimizə və təchizatçılarımıza aid olan həssas məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumaqdır.

 

Risklərin idarə edilməsi

 

Şirkətimizdə risklərin idarə edilməsi strateji planlaşdırmamızın və gündəlik əməliyyatlarımızın əsasıdır. Biznesin sabitliyini və inkişafını təmin etmək üçün riskləri müəyyən etmək, qiymətləndirmək və azaltmaq öhdəliyini götürürük.

 

Məqsədimiz qeyri-müəyyənlikləri idarə edə bilən möhkəm struktur yaratmaqdır.

 

Daxili Audit

 

Daxili Audit bizim idarəetməmizdə mühüm rol oynayır, əməliyyatların müstəqil qiymətləndirilməsini və effektiv nəzarətini təmin edir. Komandamızın təkmilləşdirilməli sahələrini müəyyən etmək və təşkilati effektivliyi artırmaq üçün müntəzəm auditlər keçirilir.

 

Uyğunluq

 

Uyğunluq siyasəti qanuni və tənzimləyici tələblərə riayət etməyimizə rəhbərlik edən əsasdır. Müxtəlif proqram və müntəzəm təlim vasitəsilə biz bütün işçilərin davranış standartlarımızı başa düşməsini, eyni zamanda bu standartlara riayət etmələrini təmin edirik. Güclü monitorinq vasitəsilə reputasiyamızı və maraqlı tərəflərin etibarını qoruyuruq.

azerconnect logo