Xidmətlərimiz

Rəqəmsallaşma proseslərinin dünya miqyasında, eləcə də ölkəmizdə sürətlənməsi İKT və yüksək texnologiyalar sahələrində çalışan şirkətlərdən yeni dövrün tələbinə uyğun xidmətlər və həllər təqdim etməyi tələb edir.

 

Azerconnect şirkəti intensiv rəqəmsallaşma prosesləri fonunda ölkəmizin İKT və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən şirkətləri onların fərqli ehtiyaclarına uyğun olaraq müxtəlif növ xidmətlərlə təmin edir.

 

Azerconnect şirkətinin korporativ sektorda müştəriləri sırasında mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, o cümlədən, İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər vardır. Azerconnect şirkəti Bakcell, AzerTelecom, GoldenPay, Azerfon, CityNet, Ultel, Data Plus, BBTV, AzQtel və sair şirkətlərə xidmət göstərməkdədir.

Azerconnect İKT sektorunda şirkətləri müxtəlif xidmətlərlə təmin edir
Azerconnect şirkəti müştərilər üçün təqdim etdiyi üstün xidmətlər və təcrübə, öz əməkdaşları və ümumilikdə əmək bazarı üçün isə geniş karyera imkanları ilə seçilir.
Texniki və şəbəkə xidmətləri

 

 

  • Radio giriş şəbəkəsinin planlaşdırılması, qurulması və idarə olunması
  • Sabit şəbəkələrin planlaşdırılması, qurulması və idarə olunması
  • Magistral fiber-optik kabel şəbəkələrinin planlaşdırılması, qurulması və idarə olunması
  • Digər şəbəkə əməliyyatları üzrə xidmətlərin tam çeşidinin təmin olunması

.

Müştəri təcrübəsinin idarə olunması ilə bağlı xidmətlər

 

 

  • Ən qabaqcıl texnologiyalar ilə müştəri xidmətlərinin təşkil edilməsi xidməti
  • Beynəlxalq standartlara cavab verən müasir telefon-çağrı mərkəzi xidməti
  • Rəqəmsal həllər əsasında müştəri təcrübəsinin idarə olunması xidməti
İnformasiya texnologiyaları (İT) sahəsində xidmətlər

 

  • İT üzrə müştəri və korporativ idarəetmənin təşkili
  • İT tələb və keyfiyyətin idarə edilməsi
  • İT layihələrinin idarə edilməsi
  • İT əməliyyatların həyata keçirilməsi
İxtisaslaşdırılmış maliyyə, təchizat-logistika və digər dəstək xidmətləri

 

  • Təchizat, logistika və anbarların idarə olunması
  • Beynəlxalq standartlara uyğun maliyyə və hesabatlılığın təmin edilməsi ilə bağlı xidmətlərin tam çeşidinin göstərilməsi
Strateji marketinq və satış xidmətləri

 

  • Marketinq və satış strategiyasının hazırlanması və icrası
  • Satış kanallarının inkişafı və idarəolunması
  • Rəqəmsal satış xidmətlərinin inkişafı
İnsan resursları sahəsində xidmətlər

 

  • Təşkilati inkişaf
  • Performansın idarə edilməsi
  • Əmək haqqı və insan resursları əməliyyatları
  • İstedadların cəlb olunması
  • Mənfəətlərin idarə olunması
  • Effektiv mükafatlandırma sistemi
  • Davamçıların yetişdirilməsi proqramı
  • Səriştə əsaslı idarəetmə