Azerconnect Group

Xəbərlər

“Azerconnect Group” Mobil Dünya Konqresi çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak edib
“Azerconnect Group” Mobil Dünya Konqresi çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak edib

“Azerconnect Group” İspaniyanın Barselona şəhərində baş tutan Mobil Dünya Konqresi 2026 (MWC 2026) çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak edib. Yaşıl və Dayanıqlılıq Elit Klubu (Green & Resilience Elite Club) adlı tədbirdə İKT sektorunda biznesin inkişaf strategiyalarını və şəbəkə infrastrukturunun planlaşdırılması üzrə tələbləri, yaşıl və dayanıqlı şəbəkələrin təkmilləşdirilməsi sahəsində mövcud çağırışlar müzakirə edilib.


“Azerconnect Group”un Texnologiyalar üzrə Baş Müdiri Rəşad Həsənli tədbirdə şəbəkə infrastrukturunun dayanıqlılığı və əməliyyat xərclərinin optimallaşdırılmasına həsr olunan panel müzakirəsinə qatılıb. O, çıxışında “Azerconnect Group”un dayanıqlı inkişaf strategiyası çərçivəsində enerji səmərəliliyin artırılması, ətraf mühitin qorunması və data mərkəzlərinin enerji effektivliyi istiqamətində atdığı ardıcıl addımlar barədə məlumat verib. Görüş zamanı iştirakçılara, həmçinin şəbəkələrin dayanıqlı fəaliyyət göstəricilərinin qiymətləndirilməsi (GNI Assessment) indeksi, bu sahədə qlobal təcrübə və yanaşmalar, o cümlədən Azərbaycanın həyata keçirdiyi uğurlu yaşıl enerji layihələri barədə ətraflı məlumat təqdim  olunub.  


Qeyd edək ki, GSMA tərəfindən təşkil olunan görüşdə “Turkcell” (Türkiyə), “AIS” (Tayland), “Telkomsel” (İndoneziya) və “Zain Group” (Küveyt) şirkətlərinin nümayəndələri də çıxış ediblər.   


Mobil Dünya Konqresi barədə (MWC) 


Hər il müxtəlif ölkələrdən 100.000-dən çox iştirakçının qatıldığı MWC dünyada mobil və naqilsiz texnologiyalar sahəsində ən böyük və nüfuzlu tədbir hesab olunur. Konqres çərçivəsində keçirilən görüş və seminarlarda İKT sahəsində mövcud vəziyyət, cari çağırışlar, müzakirə olunur, həmçinin bu sahədə ən son texnoloji nailiyyətlər nümayiş olunur.   


“Azerconnect Group” haqqında


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group” “mygov” platformasına qoşulub
“Azerconnect Group” “mygov” platformasına qoşulub

“Azerconnect Group” vətəndaşlara göstərilən xidmətlərin daha rahat, çevik və əlçatan formada təşkili məqsədilə rəqəmsal həllər tətbiq etməyə davam edir. Bu yanaşma çərçivəsində “Azerconnect Group” “mygov” rəqəmsal hökumət platformasına qoşulan ilk özəl telekommunikasiya şirkəti olub.


Yenilik sayəsində artıq vətəndaşlar “mygov” platforması üzərindən “Azerconnect Group”a rəqəmsal formada rəsmi müraciət göndərə, eləcə də şirkət tərəfindən ünvanlanan rəsmi məktubları elektron mühitdə qəbul edə bilərlər. Platforma yazışma proseslərinin operativliyini artırmaqla yanaşı, müraciətlərin icra statusunu real vaxt rejimində izləməyə imkan verir. Bu isə öz növbəsində kağız daşıyıcılardan istifadənin azalmasına, həmçinin vaxt və resurs itkilərinin minimuma endirilməsinə töhfə verəcək. 


Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Qurumlarla vətəndaş arasında körpü rolunu oynayan platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır. 

 

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. 
 

“Azerconnect Group” RSD sisteminə qoşulan ilk özəl  telekommunikasiya şirkəti oldu
“Azerconnect Group” RSD sisteminə qoşulan ilk özəl telekommunikasiya şirkəti oldu

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub. RSD sistemi qurumlar arasında real vaxt rejimində təhlükəsiz elektron sənəd mübadiləsini təmin edən rəqəmsal platformadır.


Bu sistem vasitəsilə “Azerconnect Group” kağız üzərində sənəd dövriyyəsini aradan qaldıraraq, sürətli, etibarlı və elektron şəkildə sənəd mübadiləsini həyata keçirir. Platformaya qoşulmaqla “Azerconnect Group” proseslərin avtomatlaşdırılmasını, məlumatların təhlükəsizliyini və davamlılığını daha da artırır, həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verir.


RSD-nin inteqrasiyası həm də BMT-nin Qlobal Sazişinin üzvü olan “Azerconnect Group”un ESG (Ətraf mühit, sosial, idarəetmə) prinsiplərinə sadiqliyini nümayiş etdirir. Kağızdan istifadəni minimuma endirən sistem, ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində şirkətin fəaliyyətini daha da gücləndirir. Qeyd edək ki, “Azerconnect Group” RSD sisteminə keçid etmiş ilk özəl telekommunikasiya şirkəti olub.


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanan RSD layihəsi inteqrasiya olunmuş tərəflər arasında rəsmi məktublaşma və sənədlərin sürətli, təhlükəsiz və tam onlayn şəkildə mübadiləsini təmin edir. Sistem məlumatların məxfiliyini və bütövlüyünü qorumaq üçün sertifikatlaşdırılmış proqram və texniki həllərdən istifadə edir.  Sənədlərin dövriyyəsinə nəzarət imkanını təmin etməklə yanaşı, sistem inzibati iş yükünü, kuryer və kağız xərclərini əhəmiyyətli dərəcədə azaldır.

 

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Azerconnect Group”un baş direktoru ADA Universitetində tələbələrlə görüşüb
“Azerconnect Group”un baş direktoru ADA Universitetində tələbələrlə görüşüb

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group”un baş direktoru Emil Məsimov “Senior Talks” layihəsi çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşüb.


Emil Məsimov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı,  İKT sektorunun inkişaf perspektivləri, əmək bazarında mövcud çağırışlar və imkanlar barədə fikirlərini bölüşüb. Görüşdə xüsusi diqqət real iş təcrübələri, liderlik yanaşmaları, peşəkar inkişaf, karyera seçimi, gələcək üçün önəmli bilik və bacarıqlar və s. məsələlərə ayrılıb.


İnteraktiv formada keçirilən görüş sual-cavab sessiyası ilə davam edib, müxtəlif mövzularda tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


Qeyd edək ki, gənclərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group”un dayanaqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group” ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi
“Azerconnect Group” ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” və ADA Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün süni intellektlə bağlı təlim təşkil edilib. “Süni intellekti kəşf edək” adlı təlimə ümumilikdə ADA Universitetinin müxtəlif fakültələrində təhsil alan 30-dan çox tələbə qatılıb.


Üç gün davam edən təlim sessiyası süni intellektin əsas prinsipləri, onun etik aspektləri və real biznes mühitində tətbiq imkanları kimi mövzuları əhatə edib. “Azerconnect Group”un süni intellekt sahəsində ixtisaslaşmış komandası tərəfindən aparılan təlimlərin məqsədi tələbələrdə süni intellekt sahəsinə marağı artırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını genişləndirmək, həmçinin texnologiyanın real biznes problemlərinin həllində praktik tətbiqini nümayiş etdirmək olub. 


Sessiyalar zamanı süni intellektin bizneslərin inkişafı,  proseslərin optimallaşdırılması və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində rolu kimi mövzulara xüsusi diqqət yetirilib. İnteraktiv formada təşkil olunan təlimlər sual-cavab sessiyası ilə davam edib. Sonda təlim iştirakçılarına sertifikatlar verilib, fərqlənən tələbələrə mükafatlar təqdim edilib. 


Qeyd edək ki, gənclərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group”un dayanaqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.


"Azerconnect Group" haqqında


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.


"Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group” Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib
“Azerconnect Group” Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Qazaxıstanın paytaxtında keçirilən Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib. Astana Beynəlxalq Maliyyə Mərkəzində baş tutan forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, İKT, yüksək texnologiyalar, neft-qaz, tikinti və inşaat, investisiya, nəqliyyat, logistika və digər sahələrdə fəaliyyət göstərən 155 şirkətin nümayəndəsi iştirak edib. 


“Azerconnect Group”un baş direktorunun müavini İlqar Nəhmədov tədbirdə çıxışı zamanı Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt ekosisteminin yaradılması, innovasiyaların təşviqilə bağlı həyata keçirilən layihələrin önəmini vurğulayıb. O, çıxışında, həmçinin “Azerconnect Group”un ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, süni intellekt əsaslı həllərin tətbiqi sahələrində gördüyü işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıstanın birgə icra etdiyi Transxəzər fiber-optik kabel xəttinin strateji əhəmiyyəti vurğulanıb. 


Qeyd edək ki, “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan–Azərbaycan biznes forumu Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.  


 “Azerconnect Group” haqqında


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

azerconnect logo