“Azerconnect Group”un baş direktoru ADA Universitetində tələbələrlə görüşüb

image
image
image
image

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group”un baş direktoru Emil Məsimov “Senior Talks” layihəsi çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşüb.


Emil Məsimov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı,  İKT sektorunun inkişaf perspektivləri, əmək bazarında mövcud çağırışlar və imkanlar barədə fikirlərini bölüşüb. Görüşdə xüsusi diqqət real iş təcrübələri, liderlik yanaşmaları, peşəkar inkişaf, karyera seçimi, gələcək üçün önəmli bilik və bacarıqlar və s. məsələlərə ayrılıb.


İnteraktiv formada keçirilən görüş sual-cavab sessiyası ilə davam edib, müxtəlif mövzularda tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


Qeyd edək ki, gənclərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group”un dayanaqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

azerconnect logo