Dünya üzrə internet bağlantısının orta sürətində dəyişikliklər

news image

Sosial izolyasiya və karantin tədbirləri zamanı dünya üzrə internet bağlantısının orta sürətinin 6.31 faiz azalması haqqında “Betanews” portalı məlumat paylaşıb.

 

Qeyd edilir ki, bəzi regionlarda, xüsusilə Mərkəzi Amerika (26%), Şimali Afrika (18%), Yaxın Şərq istisna olmaqla Asiya (16%), Cənubi Amerika (16%) və Afrikanın bir çox bölgələrində (14%) daha əhəmiyyətli azalma müşahidə olunmuşdur. Karantin müddətində orta internet sürətinin ən çox azaldığı ölkələr isə Çin (51%), Panama (49%), Madaqaskar (38%), Çili (37%) və Peru (37%) olmuşdur.

 

Qərbi Avropa isə digər bölgələrlə müqayisədə internet bağlantısı sürətində ciddi azalma müşahidə etməyib. Belə ki, əvvəlki dövrlərlə qarşılaşdırıldıqda, bu regionun orta internet sürətində 4% kiçilmə qeydə alınmışdır. Regionun müxtəlif ölkələri arasında isə böyük fərqlər aşkarlanmışdır. Məsələn, İngiltərədə karantin dövründə 1.7 faiz azalma müşahidə olundu. Lakin Finlandiya (25%), Hollandiya (13%), Avstriya (10%), İtaliya (10%) və Norveç (7%) orta internet sürətində əhəmiyyətli dərəcədə azalma yaşadıqlarını bildiriblər.

azerconnect logo