Azerconnect Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

news image

Ölkəmizin davamlı olaraq inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində ilk B2B şirkət olaraq fəaliyyət göstərən Azerconnect şirkəti Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) təşkilatına daimi statusla üzvlüyə qəbul olunub.

 

Qeyd edək ki, Azərbaycandakı Amerika Ticarət Palatası, Azərbaycanda yerləşən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya assosiasiyadır. Təşkilat fərqli sahələrdə fəaliyyət göstərən şirkətləri birləşdirən, daim faydalı fikir mübadiləsinin aparıldığı, ən yaxşı şəbəkə imkanlarının təmin edildiyi nüfuzlu bir biznes platformadır. Azerconnect şirkəti də bu təşkilat çərçivəsində əməkdaşlığa öz dəstəyini göstərəcəkdir.

 

AMCHAM barədə: Təşkilat 1996-cı ildə təsis edilib və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkətlərdən ibarətdir. Ticarət Palatasının missiyası üzv təşkilatlara yüksək keyfiyyətli xidmət göstərərək, onların biznes maraqlarını təşviq edib və eyni zamanda Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzərində çalışmaqdır. Təşkilatda 9 sənaye sektoru komitəsi vasitəsilə üzv şirkətlər məlumatları paylaşa, ümumi narahatlıq yaradan məsələləri qaldıra və mümkün olan həlləri təklif edə bilərlər.

 

Azerconnect barədə: Azerconnect MMC Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. Şirkət 2013-cü ildə təsis edilib və İKT bazarında korporativ müştəriləri beynəlxalq standartlara uyğun olaraq fərqli xidmətlərlə təmin edir.

azerconnect logo