Azerconnect şirkətinin əməkdaşları “Biznesin analitik transformasiyası 2021 konfransı” çərçivəsində keçirilmiş və telekommunikasiya sahəsində biznes analitikası və məlumatarın idarə olunmasına həsr olunmuş vebinarda iştirak ediblər.
MDB məkanında biznes və interaktiv analitika, İT konsaltinq, məlumatların inteqrasiyasının idarəedilməsi və digər əlaqəli sahələrdə fəaliyyət göstərən “RBC Group” tərəfindən təşkil edilmiş “Telekom üçün Data analitikası” vebinarında Azerconnect şirkətinin əməkdaşları - Xəzinədarlıq və Kredit Nəzarəti Departamentinin rəhbəri Şölə İsmiyeva və İntellektual Biznes Resurslar üzrə aparıcı proqramçı Cəmil Neymətov məruzəçi olaraq iştirak ediblər.
Cəmil Neymətov “Azerconnect-in rəqəmsal transformasiyası, Bİ platforma üçün vəzifələr” mövzusunda, Şölə İsmiyeva isə “Müştəri bazasının təhlili, Account Receivable” mövzularında təqdimat ediblər.
Cəmil Neymətov çıxışında Azerconnect şirkətində rəqəmsal transformasiya proseslərindən danışıb, şirkətin təqdim etdiyi xidmət və həllər barədə ətraflı məlumat verib. O “Azerconnect”in fəaliyyətində Böyük verilənlər (Big Data), Məlumat axını (Streaming), Layihənin həyat dövrü (Project Life Circle) və s. məsələlərdən ətraflı danışıb.
Şölə İsmiyeva isə maliyyə sahəsində məlumatların idarə olunması barəsində ətraflı məruzə edib. O, çıxışı zamanı müştəri borcu ilə bağlı məlumatların toplanması və təhlili zamanı qarşılaşılan problemlərdən danışıb, analitik tətbiqləri izah edərək praktik nümunələri qeyd edib.
Vebinarda ümumilikdə Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstandan telekommunikasiya sahəsində çalışan tanınmış şirkətlərinin nümayəndələri iştirak ediblər.