main banner
main banner
main banner
main banner
main banner
main banner
main banner
main banner
Xidmətlərimiz
Mobil

Mobil

İnternet

İnternet

Beynəlxalq kanalların təşkili

Beynəlxalq kanalların təşkili

FinTech

FinTech

AdTech

AdTech

Media / TV

Media / TV

Tərəfdaşlar
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
Son xəbərlər
“Azerconnect Group” “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” tədbirində iştirak edib
“Azerconnect Group” “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” tədbirində iştirak edib

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunan tədbirdə iştirak edib. Görüşə dövlət qurumları, telekommunikasiya provayderi və operatorlarının, həmçinin digər özəl təşkilatların aidiyyəti sahə üzrə məsul rəhbər şəxsləri və nümayəndələri qatılıblar.


Tədbir zamanı iştirakçılar telekommunikasiya sahəsində çağırışlar, bu sahədə beynəlxalq təcrübə və mövcud kibertəhdidlərə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə süni intellektin inkişafı kibertəhdidlərin real vaxt rejimində aşkarlanması, mürəkkəb kiberhücumların qarşısının alınması, böyük məlumatların təhlili və insidentlərə cavab proseslərinin avtomatlaşdırılması kimi sahələrdə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Görüşdə, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi, ixtisaslı kadrların hazırlanmasının əhəmiyyəti, bu prosesdə dövlət-özəl tərəfdaşlığının rolu vurğulanıb. 


Qeyd edək ki, “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunan dəyirmi masa formatında müzakirələr Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilatçılığı ilə baş tutub. AKTA kibertəhlükəsizlik və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspert, şirkət və təşkilatların vahid platformasıdır.


Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçildi
“Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçildi

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” nüfuzlu “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən növbəti dəfə Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçilib. Bununla da “Azerconnect Group” ardıcıl olaraq üçüncü dəfə “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatını əldə edən yeganə yerli şirkət olub. 


Beynəlxalq təşkilat dünya təcrübəsindən irəli gələn 250-dən çox meyar üzrə “Azerconnect Group”un insan kapitalının idarəolunması sahəsində strategiyasını, həmçinin bu sahədə icra etdiyi innovativ layihələri dəyərləndirib və yüksək qiymətə layiq görüb. Şirkətin iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və digər istiqamətlərdə ən son beynəlxalq insan resursları təcrübələrini və standartları tətbiq etməsi vurğulanıb.


 “Top Employers Institute” haqqında


“Top Employers Institute” dünyanın müxtəlif ölkələrində şirkətlərin işəgötürmə, işçi təcrübəsi və liderlik sahəsindəki fəaliyyətini qiymətləndirən və sertifikatlaşdıran beynəlxalq təşkilatdır. 30 ildən artıq bir müddətdə  fəaliyyət göstərən “Top Employers Institute” 2025-ci ildə 125 ölkədə/regionda 2400-dən çox təşkilatı sertifikatlaşdırılıb. Bu sertifikatı əldə etmiş “Ən yaxşı işəgötürənlər” qlobal miqyasda 13 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.


“Azerconnect Group” haqqında


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

“Azerconnect Group”un insan kapitalının inkişafı üzrə strategiyası Dünya Bankının hesabatında
“Azerconnect Group”un insan kapitalının inkişafı üzrə strategiyası Dünya Bankının hesabatında

Dünya Bankı tərəfindən hazırlanan “Azərbaycanda qadınların məşğulluğu qarşısında maneələrin aradan qaldırılması” adlı hesabatda “Azerconnect Group”un müxtəliflik, bərabərlik, inklüzivlik və mənsubiyyət (MBİM) prinsiplərinin təşviqi istiqamətində icra etdiyi strategiyaya geniş yer ayrılıb. Hesabatda şirkətin insan kapitalının idarəolunması, qadınların məşğulluğunun dəstəklənməsi sahəsində layihələri, tətbiq etdiyi çevik iş mexanizmlərindən bəhs edilib. Bildirilib ki, MBİM yanaşması “Azerconnect Group”da qadınların texniki vəzifələrə işə qəbulunun əhəmiyyətli dərəcədə artmasına töhfə verib.


Qeyd edək ki, Dünya Bankının hesabatı “Azərbaycanda qadınların məşğulluğu və karyera inkişafında nümunəvi liderlik” adlı tədbirdə təqdim olunub. Hökumət, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrdən nümayəndələrin qatıldığı tədbirdə ölkəmizdə qadınların məşğulluğunun inkişaf etdirilməsi yolları müzakirə edilib.

 

“Azerconnect Group”un İnsan resursları üzrə baş müdiri Mətanət Babayevə çıxışında gender bərabərliyi və inklüziv mühitin inkişafı ilə bağlı şirkətin strategiyası, həmçinin qadınların səlahiyyətləri, onların liderlik bacarıqlarının artırılmasına yönələn layihələr barədə ətraflı məlumat verib. Eyni zamanda, əməkdaşlara həm ofisdən, həm də məsafədən işləməyə imkan verən “Flexcellence” proqramı, onun xüsusi ilə qadınların rifahı və məhsuldarlığına təsiri barədə danışılıb. 


Xatırladaq ki, iki il ardıcıl olaraq nüfuzlu “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” kimi seçilən yeganə yerli şirkət olan “Azerconnect Group” cari ildə, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən “Gender İnklüziv İş yeri” mükafatına layiq görülüb.


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

azerconnect logo