Emil Məsimov

Emil Məsimov 20 ildən artıqdır telekommunikasiya sektorunda fəaliyyət göstərməkdədir. Emil Məsimov telekommunikasiyanın tənzimlənməsi, idarə edilməsi və informasiya təhlükəsizliyi sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb və Azerfon (Nar) şirkətində Baş Direktorun müavini vəzifəsinə qədər yüksəlib. 2016-cı ildən etibarən Azerconnect Group-un rəhbərliyində təmsil olunmaqla bərabər O, informasiya və  kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasının üzvüdür.

 

Emil Məsimov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsini bitirib və təhsilini Bakı Dövlət Universitetində davam etdirərək 2007-ci ildə magistr dərəcəsi alıb. 2013-cü ildə İngiltərinin Kembric şəhərində Mini-MBA təlimlərini uğurla başa vurduqdan sonra O, İngiltərənin Mançester Universitetində təhsilini davam etdirmiş və biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.

 

2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Emil Məsimov “Tərəqqi” medalı ilə təltif edilib.

 

Emil Məsimov 2022-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olub.

azerconnect logo