KSM Strategiyası
Azerconnect Group olaraq dayanıqlı və inklüziv mühitin yaradılması məqsədilə sosial problemləri həll etmək üçün texnoloji irəliləyişlərdən və rəqəmsal həllərdən istifadə etməyə çalışırıq. Biz davamlı olaraq dayanıqlı inkişaf anlayışını mədəniyyətimizə tətbiq edir və dəyər zəncirimizin bütün elementlərində nəzərə alırıq.
Korporativ sosial məsuliyyət layihələri çərçivəsində elm, təhsilin inkişafı, gənc qızların və qadınların Azərbaycanın İKT sahəsində fəal iştirak üçün həvəsləndirilməsi, insan resurslarının inkişafı, cəmiyyətimizlə tərəfdaşlıqların və əlaqələrin qurulması kimi bir sıra təşəbbüslər həyata keçiririk.
KSM layihələrimiz haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.