Azerconnect Group

Son xəbərlər

Daha çox oxu
Azerconnect Group-un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib
Azerconnect Group-un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

Azerconnect Group-un baş direktoru Emil Məsimov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla növbəti görüşü keçirib. 

 

Görüşdə fərdi inkişaf planı üzrə əldə olunan nəticələr, qarşıya qoyulmuş hədəflər və növbəti mərhələnin prioritetləri nəzərdən keçirilib. Eyni zamanda, çoxşaxəli biznes ekosisteminin xüsusiyyətləri, biznesdə transformasiya yanaşmaları və kapital bazarlarının fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. 

 

Emil Məsimov idarəetmə sahəsindəki təcrübəsini bölüşərək mentiyə strateji düşüncə, səlahiyyətlərin düzgün bölüşdürülməsi və komandanın effektiv idarəolunması ilə bağlı praktiki tövsiyələr verib. 

 

“Yüksəliş” müsabiqəsi haqqında 

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. 

 

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb. 

 

Azerconnect Group haqqında 

 

Yüksək texnologiyalar sahəsində özəl sektorun ən böyük təmsilçisi olan Azerconnect Group 9 şirkəti özündə birləşdirməklə mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV sahələrində 6 milyona yaxın müştəriyə rəqəmsal xidmətlər təqdim edir. 4000-dən çox mütəxəssisin çalışdığı Azerconnect Group Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir.  

 

Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. 

TƏBİB və Azerconnect Group arasında əməkdaşlıq müqaviləsi imzalanıb
TƏBİB və Azerconnect Group arasında əməkdaşlıq müqaviləsi imzalanıb

TƏBİB və Azerconnect Group arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

İmzalanmış müqaviləyə əsasən "103" Çağrı Mərkəzinin texnoloji imkanlarının genişləndirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt əsaslı təkmilləşdirilmiş naviqasiya həllərinin tətbiqi baş tutacaq. Həmçinin tərəfdaşlıq çərçivəsində vətəndaş çağırışlarının yerinin məkan üzrə daha dəqiq müəyyən edilməsi, təcili tibbi yardım briqadalarının hərəkətinin optimallaşdırılması və hadisə yerinə çatma müddətinin daha effektiv idarə olunmasına imkan yaradan texnoloji həllərin icrası planlaşdırılır. 

 

TƏBİB-in İcraçı direktoru Anar Bayramov qeyd edib ki, sözügedən müqavilə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və nəticədə vətəndaş məmnuniyyətinin yüksəldilməsinə yönəlib: "Məqsədimiz təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin müasir tələb və çağırışlara uyğun inkişafını təmin etməklə vətəndaşlara daha operativ tibbi yardım göstərməkdir. Bu istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya tədbirləri resurslardan səmərəli istifadəyə, təcili tibbi yardım komandalarının koordinasiyasının daha da təkmilləşdirilməsinə və hadisə yerinə çatma müddətinin azaldılmasına xidmət edəcək. “Azerconnect Group” ilə əməkdaşlıq da məhz bu strateji inkişaf xəttinin mühüm tərkib hissəsidir”.

 

“Azerconnect Group”un baş direktoru Emil Məsimov isə əməkdaşlıq çərçivəsində tətbiqi nəzərdə tutulan yeni nəsil texnoloji həllərin tibbi xidmətlərin daha çevik və vətəndaşyönümlü təşkilinə mühüm töhfə verəcəyini bildirib: “Qrup şirkətlərimizdə geniş əhali kütləsinə telekommunikasiya, internet və digər rəqəmsal xidmətlərin təqdim edilməsi üzrə uzun illərdən bəri ciddi təcrübə formalaşmışdır. İnanıram ki, yüksəkkeyfiyyətli xidmətlərin təqdim olunması və ən yeni texnoloji həllər tətbiqində qazandığımız bu zəngin təcrübə TƏBİB ilə əməkdaşlığımıza xüsusi dəyər qatacaq”.

 

Qeyd edək ki, tərəflər "103"ə daxil olan səsli zənglərin avtomatik təhlili, istifadəçi davranışlarına uyğun xidmət və məlumatların təqdim olunması, eləcə də digər innovativ həllərin tətbiqi istiqamətində də əməkdaşlıq edəcəklər. 
 

Qrupa daxil olan şirkətlər və tərəfdaşlar

partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo
partner logo

Xidmətlərimiz

What we offer

Possitive impact of the community

Increased customer loyality

Better employee morale

Increased revenue

Greater employee productivity

Azerconnect Group-u seçməklə siz bu imkanları əldə edəcəksiniz:

oppurtunity icon

Rəqabətli, yeniliklərə daim açıq və həvəsləndirici korporativ mühitdə çalışmaq imkanı

oppurtunity icon

Telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq imkanı

oppurtunity icon

Yerli və xarici peşəkarlarla multikultural bir mühitdə birgə çalışmaq imkanı

oppurtunity icon

Karyerada irəliləmə və inkişaf etmək imkanı

oppurtunity icon

Tanınma və qiymətləndirmə proqramı

Azerconnect Group olaraq biz geniş çeşiddə xidmətlər təqdim edirik

icon
Mobil və şəbəkə

Ölkə üzrə yerləşən baza stansiyaları ilə geniş və etibarlı şəbəkə xidmətləri təqdim edirik. Müasir infrastruktur və innovativ texnologiyalar əsasında qurulan şəbəkəmiz tərəfdaşlarımızı yüksəksürətli və təhlükəsiz xidmətlərlə təmin etməyə, kritik əhəmiyyətli biznes əməliyyatlardan gündəlik internet istifadəsinə qədər bütün ehtiyaclarını qarşılamağa imkan verir. Biz yüksəksürətli şəbəkə üzərində aydın və kəsintisiz zənglər üçün “VoLTE” və “VoWiFi” xidmətləri də daxil olmaqla, ən qabaqcıl səs xidmətləri təqdim edirik. Gələcəyə hazır şəbəkəmiz 5G, əşyaların interneti (IoT) və rəqəmsal texnologiyaları tam dəstəkləyir. Ən son təhlükəsizlik protokolları ilə təmin olunmuş infrastrukturumuz fasiləsiz və etibarlı bağlantı yaratmağa imkan verir.

icon
İnternet

Təhlükəsiz və sabit daxili infrastruktur vasitəsilə Azərbaycanın yerli provayderlərinə beynəlxalq internet trafiki təqdim edirik. Son nəsil XGS-PON texnologiyasına əsaslanan xidmətlərimizlə istifadəçiləri 10 Gbit/s-a qədər sürət, fasiləsiz və təhlükəsiz internet bağlantısı təmin edirik. Biz ən yüksək standartlara cavab verən etibarlı internet həlləri təqdim etməyə sadiqik. Məqsədimiz sürətlə rəqəmsallaşan dünyada istər fərdi, istərsə də korporativ müştərilərimizin uğur qazanmasına dəstək olmaqdır.

icon
Beynəlxalq kanalların təşkili

Müasir texnologiyalar və qlobal tərəfdaşlıqlar sayəsində bizneslər və rabitə operatorları üçün səmərəli və etibarlı “point-to-point” və ya “point-to-multipoint” xidmətləri təqdim edirik. Bu xüsusi bağlantılar kritik biznes əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulub və qlobal hublar arasında sürətli, sabit və təhlükəsiz məlumat ötürülməsini təmin edir. Tərəfdaşlarımızın etimad göstərdiyi bu xidmətlər kritik infrastrukturun əsasını təşkil edir.

icon
FinTech

FinTech sahəsi “Azerconnect Group” üçün əsas strateji istiqamətlərdən biridir. Biz bu sahədə innovasiyaları təşviq edən və müştərilərimizə real dəyər qazandıran qabaqcıl, müasir həllər təqdim etmək öhdəliyimizə sadiqik. Biz biznes tərəfdaşlarımız üçün nağd və nağdsız ödənişlər, istehlakçılara isə sürətli və etibarlı əməliyyatlar üçün həllər təklif edirik. Təqdim etdiyimiz innovativ həllər istifadəçilərə gündəlik maliyyə ehtiyaclarını asan və sürətli şəkildə idarə etmək imkanı yaradır.

icon
AdTech

Marketinq xərclərini daha səmərəli, dəqiq və ölçülə bilən şəkildə idarə olunması üçün xüsusi reklam həlləri təqdim edirik. Bu həllər biznes tərəfdaşlarımıza ənənəvi kanallarla yanaşı, “Meta”, “Google” və “TikTok” da daxil olmaqla, aparıcı rəqəmsal platformalar üzərindən hədəf auditoriyayalarına çatmalarına imkan verir. Bundan əlavə, veb resurslarımız, hədəflənmiş SMS kampaniyaları və digər innovativ reklam alətlərinə çıxış imkanı da təklif edirik. Daima yeni texnologiya və platformaları inteqrasiya edərək həm ənənəvi, həm də rəqəmsal kanallarda reklam sahəsində yeni standartlar müəyyənləşdiririk.

icon
Media / TV

İnnovativ media həllərimiz hədəf auditoriyasının dəyişən tələblərinə uyğun şəkildə hazırlanıb və istifadəçilərə fasiləsiz və qabaqcıl rəqəmsal təcrübə təqdim etməyə imkan verir. Bu sahədə innovasiyalar və təcrübəmizi bir araya gətirərək media platforma yaratmışıq. Platforma özündə ənənəvi və rəqəmsal medianın ən yaxşı elementlərini birləşdirir. Eksklüziv tərəfdaşlıqlar sayəsində platforma TV və radio kanallarını VoD xidmətləri ilə birləşdirərək hər kəs üçün əlçatan bir əyləncə mərkəzi rolunu oynayır.

azerconnect logo