Təchizat: Ümumi baxış
Azerconnect müxtəlif mal və xidmətlərin qruplaşdırılması üzrə strateji yanaşma hesab edilən kateqoriya əsaslı satınalma siyasəti həyata keçirir. Bu yanaşma bizə müəyyən xərc sahələrinə nəzarət etməyə imkan verir.
İri texnologiya şirkəti olaraq bizim satınalma fəaliyyətimiz bir neçə kateqoriyaya ayrılır. Bunlar İT satınlamaları, Texniki satınalmalar, Dolayı satınalma və Satış və Marketinq satınalmalarıdır.
Maraqlanan təchizatçıları uyğunluq (komplayans) yoxlamasını keçərək şirkətimizin təchizatçı bazasında qeydiyyatdan keçməyə dəvət edirik.
Texniki Satınalma
Fəaliyyət göstərdiyimiz telekommunikasiya sahəsində texniki satınalmaları işlək və ehtiyat infrastruktur üçün mobil və sabit şəbəkələrdə ən uyğun şəbəkə telekommunikasiya həllərini müəyyən etmək üçün daxili müştərilərlə sıx təmas saxlamaqla həyata keçirilir.
İT Satınalmaları
İT satınalmaları Azerconnect və onun xidmət göstərdiyi şirkətlər üçün İT əməliyyatları üzrə avadanlıq və xidmətlərin, İT müəssisə həlləri, Rəqəmsal həllər, Sistem inteqrasiyası xidmətləri və İnformasiya Təhlükəsizliyi məhsulları və xidmətlərinin satınalınmasını əhatə edir.
Dolayı Satınalma
Dolayı satınalmalar Azerconnect və onun xidmət göstərdiyi şirkətlərin biznes fəaliyyətini dəstəkləyir və inkişaf etdirir.
İnsan resursları, inzibati işlər, o cümlədən obyektlərin idarə edilməsi, nəqliyyat parkının idarə edilməsi, SƏTƏM məhsulları və xidmətləri dolayı satınalmanın əhatə dairəsinə daxildir.
Satış və Marketinq Satınalması
Satış və marketinq satınalmaları sahəsində əsas istiqamətlər reklam və media xidmətləri, bazar araşdırması, çap və reklam məhsulları, görüş və tədbirlər və digər peşəkar və marketinq və satışla bağlı xidmətlərdir.