İnsan Resursları: Ümumi baxış

Əməkdaşlarımız bizim sürətli inkişafımızın və uğurumuzun əsasıdır. Biz ən seçilən işəgötürən olaraq statusumuzu qoruyub saxlamağa və insan resurslarının idarə edilməsində əsas prinsiplər kimi işçilərin motivasiyası və cəlb edilməsinə, imkanların bərabərliyinə və kadr inkişafına diqqət yetirməklə iş mühitini yaxşılaşdırmağa səy göstəririk.

 

Şirkət olaraq biz işdə hər kəsin öz töhfələrinə görə qiymətləndirildiyi, yeni ideyalar təqdim etmək üçün ilhamlandığı və peşəkar inkişaf imkanlarının verildiyi xoş bir mühit yaratmağa çalışırıq.

İnsan Resurslarının İdarə edilməsi

Azerconnect-in uğurlarının əsasında onun əməkdaşlarının səyləri dayanır və bu səylər rəqəmsal dəyişikliyin düzgün idarə edilməsini dəstəkləyən sosial hərəkat formasında şirkətin hüdudlarını  aşmaq imkanına malikdir. Məqsədimiz hər bir işçinin öz uğurları ilə fəxr etdiyi, ideyalarını paylaşdığı iş yeri yaratmaq və cəmiyyətin bir parçası olmaqdır.   

 

İmkanların bərabərliyini və inklüzivliyi qoruyan bir şirkət olaraq, fərqli tarixçələri, perspektivləri və təcrübələri olan insanları qəbul etmək qabiliyyətimiz bizim ən güclü tərəflərimizdən biridir.

 

Şirkətimizdə cəmiyyətin bütün təbəqələrindən, o cümlədən müxtəlif irqi və yaş mənsubiyyəti, fiziki imkanları və ya etnik qrupa mənsubluğu olan insanlar çalışır. Bu prinsiplərin qorunması bütün işçilərə eyni imkanların verildiyi gələcəyə aid baxışlarımızı həyata keçirmək üçün vacibdir.

İnsan Resurslarının Təkmilləşdirilməsi

İşçilərimizin bizim ən dəyərli resursumuz oldugunu bilərək biz, onlara mükəmməl iş şəraiti yaratmaga çalısırıq. Azerconnect hər bir əməkdaşın töhfəsinin vacib oldugunu bilərək onların öz bacarıq və istedadlarını inkisaf etdirə biləcəyi mühiti və imkanları yaratmaq öhdəliyinə sadiq qalır.

 

İsçilərin təkmilləşdirilməsinə və inkisaf perspektivlərinə sərmayələrin qoyulması bizim üçün çox vacibdir. Belə ki, biz insanların peşəkar şəkildə inkisaf edə biləcəyi pozitiv iş yerinin yaradılmasına böyük dəyər veririk.

 

Şirkətin inkisafında kadrların təkmilləşdirilməsi mühüm rol oynayır və biz yüksək və orta dərəcəli rəhbər isçilərimiz üçün bir çox liderlik proqramları hazırlamısıq. Əsas məqsədimiz belə proqramları artırmaq və şirkətimizin gələcəyi üçün yeni liderlər hazırlamaqdır.

azerconnect logo