Emil Məsimov
Azerconnect Group olaraq bütün maraqlı tərəflərlə sağlam əlaqələr saxlamağı dayanıqlı inkişaf yolunun ayrılmaz hissəsi sayırıq. Açıq dialoqa və dayanıqlılıq məqsədlərimizə çatmaq üçün səylərimizi kommunikasiya kanallarının və platformalarının gücləndirilməsinə yönəltmişik. Biz qarşılıqlı anlaşmanı artırmaq və şəffaflığı təşviq etmək üçün yerli və qlobal tərəfdaşlar, müştərilər, əməkdaşlar və geniş ictimaiyyətlə fəal iş birliyi qurmuşuq.
Azerconnect Group-un Caspian Energy Club (CEC) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası kimi tanınmış biznes platformaları ilə əməkdaşlığı bizim biznes ictimaiyyətində fəal iştirakımızın təzahürüdür. Bu əməkdaşlıqlar bizə ən yaxşı ideyaları və təcrübələri bölüşməyə imkan yaratmaqla təkcə bizə deyil, ümumilikdə rəqəmsal iqtisadiyyatın gələcəyini formalaşdırmağa töhfə verir.
2023-cü ildə yeni Dayanıqlılıq Siyasəti yaratmaqla dayanıqlılığa doğru səyahətimizdə mühüm mərhələyə qədəm qoyduq. Bu siyasət ətraf mühitin qorunmasına, sosial məsuliyyətə və iqtisadi inkişafa olan bağlılığımızı istiqamətləndirən çərçivədir və vahid yanaşmaya sadiq qalaraq, dayanıqlı təcrübələrin işgüzar fəaliyyətimizə qüsursuz inteqrasiyasını nəzərdə tutur.
Gələcəyə doğru, Azerconnect Group-un telekommunikasiya sektorunda dayanıqlı inkişaf yolu ilə innovasiyalara liderlik etmək öhdəliyi sarılmazdır. Bizim inkişafımız telekommunikasiya sənayesində fəal iştirakımız və dayanıqlılıq prinsiplərinə sıx bağlılığımızla şərtlənir. Biz əlaqəli, ekoloji təmiz və inklüziv ekosistemi inkişaf etdirərək, çağırışların öhdəsindən gəlməyə və imkanlardan istifadə etməyə hazırıq.