Haqqımızda

Azerconnect İKT və yüksək texnologiyalar sahəsində beynəlxalq standartlara uyğun çeşidli xidmətlər təqdim etməkdədir. İKT sahəsində uğurlu dünya təcrübəsinin və optimal həllərin Azərbaycana gətirilməsini biznes fəaliyyətinin əsas prioriteti olaraq müəyyən edən şirkətimizdə 1400-ə yaxın yerli və xarici mütəxəssis çalışmaqdadır.

 

Biz təşəbbüskar və dinamik yanaşmamızla fərqlənirik. Sürətlə dəyişən rəqəmsal eranın nəbzini tutmaq üçün xidmətlərimizi, proseslərimizi və ümumilikdə biznesimizin bütün sahələrini daim təkmilləşdiririk. İnnovasiyalar və uğurlu strategiya sayəsində isə istedadlı əməkdaşlarımızla birlikdə daha böyük nailiyyətlər əldə edəcəyimizə inanırıq.

 

Missiyamız müştərilərin müxtəlif istək və ehtiyaclarının qarşılanmasına yönəlmiş innovativ və çevik həllər təqdim etməklə tam əhatəli mərkəzləşdirilmiş xidmətlər göstərmək və biznes proseslərimizi daim təkmilləşdirərək etibarlı tərəfdaş olmaqdır.

Xəbərlər

Dünya üzrə internet bağlantısının orta sürətində dəyişikliklər
10.08.2020 Sosial izolyasiya və karantin tədbirləri zamanı dünya üzrə intern...
Telekommunikasiya sektorunda ümumi vəziyyət
13.07.2020 Hal-hazırda ümumi telekommunikasiya sektorunda vəziyyət necədir? &ldquo...
"WhatsApp" vasitəsilə təhlükəsiz və təmassız ödənişlər
18.06.2020 Sosial media liderlərindən olan “Facebook” “Mastercard&rdquo...
Qlobal audio və video redaktə proqramları bazarında artım
01.06.2020 Qlobal audio və video redaktə proqramları bazarı “Transparency Market ...
İstifadəçilərin ən çox vəsait xərclədiyi tətbiqetmələr
15.05.2020 “Sensor Tower” şirkətinin analitikləri cari ilin aprel ayı ü...
Smartfon bazarında dəyişikliklər
05.05.2020 Müxtəlif analitik mənbələrə əsaslanaraq “Telecoms” portal...
Həmkarımız televiziyada 5G haqqında danışdı.
23.04.2020 “COVID-19" tipli pandemiyanın yayılmasında 5G texnologiyası niyə...
Video konfrans bazarı inkişaf edir.
22.04.2020 Cari vəziyyəti nəzərə alaraq, “PRNewswire” bir çoxların...
"COVID-19" şəbəkələri məhv etməyəcək.
08.04.2020 Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri (BEREC) qitə ü...
"COVID-19" və Telekommunikasiya sektoru
19.03.2020 "COVID-19" koronavirusunun yayılması təchizat xətlərinə təsir g...

Fəaliyyətimiz

Hazırda informasiya və kommunikasiyalar sektorunda olan şirkətləri ehtiyaclarına uyğun müxtəlif növ xidmətlərlə təmin edirik. Müştərilərimiz mobil və sabit rabitə operatorları, internet-telekommunikasiya provayderləri, o cümlədən, İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlərdir. 

Biz çevikik və müasir biznes proseslərə tam vaxtında reaksiya verə bilirik. Şirkətimiz daxili və xarici müştərilərə yaşatdığı üstün təcrübə və geniş karyera imkanları ilə seçilir. 

Bugünkü nəticələrimizlə qürur duyuruq və ümid edirik ki, gələcək fəaliyyətimizlə Azərbaycanın İKT sektoruna daha böyük töhfə verəcəyik.


Karyera

Biz gördüyümüz hər işi müştəriyə sevgi üzərində qururuq və işçilərimizi həyəcan verici və həvəsləndirici iş mühiti ilə təmin edirik. Eyni zamanda, bütün tərəfdaşlarımıza hörmət və qayğı ilə yanaşırıq.

İş yeri olaraq Azerconnect şirkətini seçməklə siz aşağıdakı üstünlükləri əldə edəcəksiniz:

  • Rəqabətcil, həyəcan verici və həvəsləndirici korporativ mühit
  • Telekommunikasiya sahəsində təcrübə imkanı
  • Peşəkarlarla işləmə
  • Karyerada irəliləmə və inkişaf etmə
  • Tanınma və qiymətlədirilmə proqramı

 

Bilirik ki, vəzifəsindən və titulundan asılı olmayaraq hər bir əməkdaşımızın atdığı addım bizim nüfuzumuza təsir göstərə bilər və bu səbəbdən peşəkar davranışın hər zaman zəruri olduğunu vurğulayırıq.

Bizimlə Əlaqə

Ünvan: Neftçilər Prospekti 153 / AZ1010, Bakı, Azərbaycan
Port Bakı Qüllələri, Cənub Qülləsi, 10-cu mərtəbə
Email: info@azerconnect.az

Tel.: +994 12 310 13 13