Haqqımızda

Azerconnect MMC Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif  xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Şirkət 2013-cü ildə təsis edilib. Azerconnect şirkəti hazırda dünyanın qədəm qoyduğu dördüncü sənaye inqilabı (Sənaye 4.0) və bu inqilabın əsasını təşkil edən rəqəmsallaşma, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada mövcud trednləri yaxından izləyir və öz fəaliyyətində qabaqcıl dünya təcrübəsini tətbiq edir.

Şirkət İKT bazarında korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edir, ölkəmizdə İKT və yüksək texnologiyalar sahələrinin dayanıqlı inkişafına öz töhfəsini verməkdə davam edir.

Peşəkar və təcrübəli işçi heyətinə sahib olan şirkətdə 1400-ə yaxın yerli və xarici mütəxəssis çalışır.

Öz fəaliyyətində müştəriyönümlülük, təşəbbüskarlıq, yenilikçi yanaşma, innovasiyaların tətbiqi kimi prinsipləri rəhbər tutan şirkət günü-gündən sürətlə dəyişən rəqəmsal dövrün nəbzini tutaraq təqdim etdiyi xidmətlərin çeşidini, həlləri və biznes prosesləri təkmilləşdirir.

Azerconnect şirkətinin missiyası korporativ müştərilərin çeşidli istək və ehtiyaclarının zamanında qarşılanmasına yönəlmiş yenilikçi və çevik həllər təqdim etməklə tam əhatəli, mərkəzləşdirilmiş xidmətlər göstərmək, biznes prosesləri daim təkmilləşdirmək, İKT və yüksək texnologiyalar bazarında etibarlı tərəfdaş olmaqdır.

Azerconnect şirkəti Xəzər Enerji Klubunun (Caspian Energy Club) qızıl statuslu, Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) isə daimi statuslu üzvüdür.

Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Xəbərlər

Azerconnect Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu
13.09.2021 Ölkəmizin davamlı olaraq inkişaf edən informasiya, kommunikasiya və y&...
Azərbaycanda ilk dəfə böyük işçi heyəti üçün məsafədən işləmək imkanı yaradan “FLEXcellence” proqramının tətbiqinə başlanılıb
21.05.2021 İnformasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində fəaliyy...
Azerconnect Caspian Energy Cluba üzv oldu
07.04.2021 Ölkəmizin davamlı olaraq inkişaf edən informasiya və kommunikasiya tex...
“Azerconnect” şirkətinin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib
01.02.2021 “Azerconnect” şirkətinin 44 gün davam etmiş Vətən Müh...
Frankfurtda internet trafikində 10 Terabit/s-ə qədər rekord artım qeydə alınıb
05.11.2020 Almaniyanın internet mübadilə operatoru “De-Cix” şirkəti bi...
Dünya üzrə internet bağlantısının orta sürətində dəyişikliklər
10.08.2020 Sosial izolyasiya və karantin tədbirləri zamanı dünya üzrə intern...
Telekommunikasiya sektorunda ümumi vəziyyət
13.07.2020 Hal-hazırda ümumi telekommunikasiya sektorunda vəziyyət necədir? &ldquo...
"WhatsApp" vasitəsilə təhlükəsiz və təmassız ödənişlər
18.06.2020 Sosial media liderlərindən olan “Facebook” “Mastercard&rdquo...
Qlobal audio və video redaktə proqramları bazarında artım
01.06.2020 Qlobal audio və video redaktə proqramları bazarı “Transparency Market ...
İstifadəçilərin ən çox vəsait xərclədiyi tətbiqetmələr
15.05.2020 “Sensor Tower” şirkətinin analitikləri cari ilin aprel ayı ü...
Smartfon bazarında dəyişikliklər
05.05.2020 Müxtəlif analitik mənbələrə əsaslanaraq “Telecoms” portal...
Həmkarımız televiziyada 5G haqqında danışdı.
23.04.2020 “COVID-19" tipli pandemiyanın yayılmasında 5G texnologiyası niyə...
Video konfrans bazarı inkişaf edir.
22.04.2020 Cari vəziyyəti nəzərə alaraq, “PRNewswire” bir çoxların...
"COVID-19" şəbəkələri məhv etməyəcək.
08.04.2020 Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri (BEREC) qitə ü...
"COVID-19" və Telekommunikasiya sektoru
19.03.2020 "COVID-19" koronavirusunun yayılması təchizat xətlərinə təsir g...

Fəaliyyətimiz

Rəqəmsallaşma proseslərinin dünya miqyasında, eləcə də ölkəmizdə sürətlənməsi İKT və yüksək texnologiyalar sahələrində çalışan şirkətlərdən yeni dövrün tələbinə uyğun xidmətlər və həllər təqdim etməyi tələb edir.

Azerconnect şirkəti olaraq biz intensiv rəqəmsallaşma prosesləri fonunda ölkəmizin İKT və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən şirkətləri onların fərqli ehtiyaclarına uyğun olaraq müxtəlif növ xidmətlərlə təmin edirik.

Azerconnect şirkətinin korporativ sektorda müştəriləri sırasında mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, o cümlədən, İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər vardır.

Şirkət müştərilər üçün təqdim etdiyi üstün xidmətlər və təcrübə, öz əməkdaşları və ümumilikdə əmək bazarı üçün isə geniş karyera imkanları ilə seçilir.

Hazırda informasiya və kommunikasiya texnologiyaları sektorunda olan şirkətləri aşağıda sadalanan xidmətlərlə təmin edirik.

Texniki və şəbəkə xidmətləri:

  • Radio giriş şəbəkəsinin planlaşdırılması, qurulması və idarə olunması
  • Sabit şəbəkələrin planlaşdırılması, qurulması və idarə olunması
  • Magistral fiber-optik kabel şəbəkələrinin planlaşdırılması, qurulması və idarə olunması
  • Digər şəbəkə əməliyyatları üzrə xidmətlərin tam çeşidinin təmin olunması

Müştəri təcrübəsinin idarə olunması ilə bağlı xidmətlər:

  • Ən qabaqcıl texnologiyalar ilə müştəri xidmətlərinin təşkil edilməsi xidməti
  • Beynəlxalq standartlara cavab verən müasir telefon-çağrı mərkəzi xidməti
  • Rəqəmsal həllər əsasında müştəri təcrübəsinin idarə olunması xidməti

İnformasiya texnologiyaları (İT) sahəsində xidmətlər:

  • İT üzrə müştəri və korporativ idarəetmənin təşkili
  • İT tələb və keyfiyyətin idarə edilməsi
  • İT layihələrinin idarə edilməsi
  • İT əməliyyatların həyata keçirilməsi

İxtisaslaşdırılmış maliyyə, təchizat-logistika və digər dəstək xidmətləri

  • Təchizat, logistika və anbarların idarə olunması
  • Beynəlxalq standartlara uyğun maliyyə və hesabatlılığın təmin edilməsi ilə bağlı xidmətlərin tam çeşidinin göstərilməsi

Strateji marketinq və satış xidmətləri

  • Marketinq və satış strategiyasının hazırlanması və icrası
  • Satış kanallarının inkişafı və idarəolunması
  • Rəqəmsal satış xidmətlərinin inkişafı

İnsan resursları sahəsində xidmətlər

  • Təşkilati inkişaf
  • Performansın idarə edilməsi
  • Əmək haqqı və insan resursları əməliyyatları
  • İstedadların cəlb olunması
  • Mənfəətlərin idarə olunması
  • Effektiv mükafatlandırma sistemi
  • Davamçıların yetişdirilməsi proqramı
  • Səriştə əsaslı idarəetmə


Karyera

Azerconnect şirkəti olaraq biz əməkdaşlarımıza həvəsləndirici, yüksək korporativ dəyərlərə və mədəniyyətə əsaslanan iş mühiti təqdim edir, onların davamlı inkişafı istiqamətində çalışır, əməkdaşlarımız və şirkətimizdə çalışmaq istəyən şəxslər qarşısında geniş karyera imkanları açırıq.

Biz biznesin həyata keçirilməsində üstün korporativ, sosial və etik standartlardan çıxış edərək əməkdaşlara təhlükəsiz iş mühiti və iş məkanı təqdim edirik.

Şirkət olaraq biz insan resurslarının  - insan kapitalının inkişafı sahəsində aydın strategiyaya sahibik və əməkdaşların peşəkar inkişafına hədəflənən ən müxtəlif tədbirlər həyata keçiririk. Bunlar arasında şirkət əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına istiqamətlənən təlimləri, onların müxtəlif seminar və konfranslarda, eləcə də xaricdə təcrübə proqramlarında iştirakını göstərmək olar. Bu tədbirlər həm şirkətimizin dayanıqlı inkişafına, həm də əməkdaşlarımızın karyera pilləsində daha da irəli getməsinə şərait yaradır.

İş yeri olaraq Azerconnect şirkətini seçməklə siz aşağıdakı imkanları əldə edəcəksiniz:

  • Rəqabətli, yeniliklərə daim açıq və həvəsləndirici korporativ mühitdə çalışmaq imkanı
  • Telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq imkanı
  • Yerli və xarici peşəkarlarla multikultural bir mühitdə birgə çalışmaq imkanı
  • Karyerada irəliləmə və inkişaf etmək imkanı
  • Tanınma və qiymətləndirmə proqramı

Şirkətimizdə mütəmadi olaraq yaranan yeni iş imkanları ilə daim yenilənən "Vakansiyalarımız" bölməsində tanış ola bilərsiniz.

Bizimlə Əlaqə

Ünvan: Xətai rayonu, 8 Noyabr Prospekti 113
AZ1025, Bakı, Azərbaycan
Email: info@azerconnect.az

Tel.: +994 12 310 13 13