Şirkətimiz haqqında
Təsis edilib
Şirkətimiz haqqındaAzerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Təsis edilib

Tariximiz

2013-cü ildə təsis edilmiş Azerconnect Group rəqəmsal qloballaşma prosesləri fonunda ən yaxşı qlobal təcrübələri öz əməliyyatlarına inteqrasiya edir. 


Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech və Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.


Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Missiyamız

Azerconnect şirkətinin missiyası İKT sahəsində yenilikçi həllərin və xidmətlərin tətbiq edilməsi, ölkəmizə innovativ texnologiyaların gətirilməsi, bu texnologiyalar əsasında korporativ müştərilərin müxtəlif istək və ehtiyaclarının zamanında qarşılanmasıdır. Şirkət müştərilərə geniş spektrə sahib xidmətlər göstərməklə, eyni zamanda biznes proseslərini daim təkmilləşdirməklə İKT və yüksək texnologiyalar bazarında etibarlı tərəfdaşdır.

Ətraflı
Xidmətlərimiz

Azerconnect Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən şirkətlərə keyfiyyətin artırılmasına və xərclərin optimallaşdırılmasına imkan verən xidmətlər və həllər təklif edir. İKT sahəsində ölkədə ilk dəfə Azerconnect tərəfindən təqdim olunan bu xidmətlər qabaqcıl dünya təcrübəsinə əsaslanır və ABŞ, Avropa Birliyi ölkələri daxil olmaqla bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur.

Ətraflı

Üzvlük

Azerconnect şirkəti Xəzər Enerji Klubunun (Caspian Energy Club) qızıl statuslu, Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) daimi statuslu, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının isə platin statuslu üzvüdür.

 


 

grid image
grid image
grid image
Niyə Azerconnect Group?
01
İnnovativ həllər və xidmətlər

Azerconnect Group tərəfindən ölkəmizdə ilk dəfə təqdim olunan İKT həlləri qabaqcıl beynəlxalq təcrübələrə əsaslanır və bir çox inkişaf etmiş ölkələrdə geniş şəkildə istifadə olunur.

02
Ən Yaxşı İşəgötürən şirkət

Azerconnect Group dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023 və 2024-cü illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb.

03
Beynəlxalq əməkdaşlıq

Azerconnect Group və Vodafone Group rəqəmsallaşma, şəbəkə texnologiyaları və kommersiya xidmətləri sahəsində strateji tərəfdaşdır.

azerconnect logo